
Fransada koronavirusla bağlı məhdudiyyətlər sərtləşdirilib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Qərara əsasən, yanvarın 2-dən etibarən ölkənin 15 departamentində komendant saatının başlanma vaxtı 20:00-dan 18:00-a çəkilib.
Sözügedən qərar həmin departamentlərdəki koronavirusa yüksək yoluxma statistikası ilə əlaqədar qəbul edilib.