
YPG/PKK terror təşkilatı Suriyanın Rəsulayn şəhərində mülki vətəndaşların olduğu bazarda partlayıcı yüklənmiş minik avtomobilini partladıb.
Gununsesi.info Anadolu agentliyinə istinadən verir ki, hadisə Brış Pınarı bölgəsində baş verib. Nəticədə 2 uşaq ölüb və 2 mülki vətəndaş yaralanıb.
Qeyd edək ki, Rəsulayn şəhəri Türkiyə sərhədində Ceylanpınar qəsəbəsi ilə üzbəüz yerləşir. 2019-cı ilin oktyabrında Türkiyə ordusu ərazini terrorçulardan təmizləmişdi. Hazırda əraziyə Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu nəzarət edir.
Gununsesi.info