Rusiya sülhməramlılarından Qarabağı tərk etmək tələb olunmalıdır - AZƏRBAYCAN ÜÇÜN ƏLVERİŞLİ VƏZİYYƏT YARANIB

  • By admin
  • 29 Dekabr 2020 14:42
Son günlər Ermənistan hərbi birləşmələrinin Azərbaycanın işğaldan edilmiş rayonlarna hücum təşkil etməsi və bölgədə sülhə qarant olan Rusiyanın buna göz yumması ciddi ictimai narazılığa səbəb olub.
Belə ki, bundan əvvəl də Rusiya sülhməramlıları öz missiyalarıni həyata keçirmək əvəzinə Qarabağdakı ermənilərə açıq dəstək, onlara yardımlar göstərməsi faktları üzə çıxıb.
İkinci Qarabağ savaşında Azərbacan hakimiyyətinə dəstək verən siyasi qüvvələr son duruma da biganə qalmayıb.
Gununsesi.info xəbər verir ki, AXCP sədri Əli Kərimli Qarabağda baş verənlərə görə Rusiyanı ittiham edib:
Mənim heç bir şübhəm yoxdur ki, Xocavənd rayonunda əsgərimizin şəhid edilməsi də, ondan əvvəl Cəbrayılda, Hadrutda olmuş insidentlər də, guya haradansa erməni diversantlarının, partizanlarının peyda olması da Rusiya silahlı qüvvələri ilə koordinasiya olunmuş şəkildə həyata keçirilir”.
AXCP sədrinin fikrincə, Rusiya sülhməramlılarına izah olunmalıdır ki, onların işi Ermənistandan zorla insanları Qarabağa köçürmək, onlara ev tikmək, onların sosial problemlərini həll etmək deyil, məhz atəşkəsə nəzarət etməkdir: “Onlardan öz vəzifələrinin yerinə yetirilməsi, bacarmırlarsa, Qarabağı tərk etmələri tələb olunmalıdır”.
Tanınmış hüquqşünas Fuad Ağayev də hesab edir ki, Rusiya sülhməramlıları 10 noyabrda elan edilən razılaşmanı pozur: “çtərəfli bəyanatın 4-cü bəndi: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”. Məsələ çox sadədir: Erməni silahlı qüvvələri anlayışı həm Ermənistan Ordusu, həm də Ermənistanın tam nəzarətində olan “DQR” silahlı birləşmələrini ehtiva edir. Bu o deməkdir ki, həm Rusiya Federasiyası, həm də Ermənistan Respublikası öz üzərlərinə götürdükləri beynəlxalq-hüquqi öhdəlikləri pozublar”.
Fuad Ağayev deyir ki, Azərbaycan tərəfi üçün əlverişli vəziyyət yaranıb: “Rusiya və Ermənistana rəsmi şəkildə bildirilməlidir: Ya bütün erməni silahlı qüvvələri Azərbaycanı tərk edir; ya da ki, “sülhməramlılar” çıxmalıdır.
Günay Təhməzova
Gununsesi.info