
Əfqanıstanın Kapisa vilayətində bomba hücumu nəticəsində 5 nəfər həyatını itirib.
Gununsesi.info xəbər verir ki, bu barəədə Kapisa polis şöbəsi məlumat yayıb.
Bildirilir ki, Kapisa Dini Alimlər Şurasının rəhbəri Mirveyis Kəriminin avtomobilinə qoyulmuş bomba vilayətin bazarında partlayıb.
5 mülki şəxsin həyatını itirdiyi hücumda, 9 nəfərin yaralandığı qeyd edilib. Hücumun məsuliyyətini hələ heç kim üzərinə götürməyib.
Gununsesi.info