“525 ci” qəzetin baş redaktoru Rəşad Məcid Operativ Qərargaha təklif verib.
Gununsesi.org bildirir ki, baş redaktor karantin rejimin uzadılmasının əleyhinə olduğunu deyib:
Operativ Qərargahın sərt karantin rejimini uzatmaq fikri varsa bunu biraz incə, “pişim-pişim”lə etməlidir , əhalinin ovqatını da nəzərə almalıdır. Heç olmasa hansısa yumşalmalara gedildiyini deməlidir; sms-icazə 3 saata çatdırılmalı, tək gəzməyə icazə verilməli, gözəllik salonları, bərbərxanalar açılmalıdır və s .
Səbri, maddi imkanı tükənən insanlara həssaslıq göstərmək lazımdır. Açıq görünür ki, adamlar yorulub , nəfəs almaq istəyir…
Günay
Gununsesi.org
COMMENTS