Qarabağ döyüşlərinə könüllü qatılan yaralı hərbçimizin dəstəyinizə ehtiyacı var – BANK REKVİZİTLƏRİ

  • By arzu
  • 05 Dekabr 2020 18:06
Qarabağ savaşına könüllü qatılaraq vətən torpaqlarının qorunmasında iştirak edən 1980-ci ildə Cəbrayılda doğulmuş Xalid Gülməmmədov Qarabağda davam edən döyüşlər zamanı minaya düşüb.
İkinci Qarabağ Savaşında könüllü iştirak edən Xalid Malik oğlunun sizin maddi dəstəyinizə ehtiyacı var.
Noyabrın 11-də Suqovuşanda piyada əleyhinə minaya düşərək 1 ayağını və 2 gözünü vətən üçün itirib.
Müalicəsi İsraildə mümkündür. 3 kiçik övladı olan Xalidin müalicəsi üçün külli-miqdarda pula ehtiyacı var. Buuna görə də, hər bir vətəndaşa müraciət edərək canını vətən üçün sipərə çevirən Xalidin müalicəsi üçün səfərbər olmağa dəvət edirik.
Bank hesabının rekvizitləri fotolarda var:

 

Gununsesi.org