Politoloq: “Simonyanın çıxışı seçkilərə hesablanıb”

  • By Admin2
  • 18 Fevral 2026 16:48

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, İrəvan Bakıda məhbus həyatı yaşayan sonuncu erməni evinə qayıdana qədər öz işini davam etdirəcək.

Gununsesi.info xəbər verir ki, bu sözlər Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb.

Belə ki, A.Simonyanın Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etdiyi bir müddətdə dediyi bu sözlər diqqət çəkir.

Hətta bir neçə gün öncə Azərbaycan nümayəndə heyəti “Sülh körpüsü” dəyirmi masasında iştirak etmək üçün Ermənistana getmişdi.

Göründüyü kimi, həm dövlət səviyyəsində, həm də ictimayət arasında dialoq qurulub və sülh prosesi uğurla davam edir.

Məsələ ilə bağlı politoloq Turan Rzayev bildirib ki, Bakıda məhbus həyatı yaşayan ermənilərin taleyi İrəvanda birmənalı müzakirə edilməsə də, müxalifətin əlində bayrağa çevrilib:

Əslində, qarşıdan gələn parlament seçkiləri öncəsi müxalifətin iqtidarı bu mövzu üzərindən sıxışdırmağa çalışacağı heç kəsə sirr deyil. Alen Simonyanın indiki məqamda məhz bu məsələni gündəmə gətirməsi də elə məhz seçklərlə bağlıdır. Spiker bu yolla ictimayətə mesaj verir ki, məsələ hakim partiyanın da gündəliyindədir. Beləliklə, müxalifətin ehtimal təzyiqlərinin önünü almağa çalışırlar”.

Orxan

Gununsesi.info