Artıq Ramazan ayı girir.
Bəzi məsələlər var ki, onlar hər il olduğu kimi, bu il də aktuallaşır.
Məsələn, toy etmək məsələsi.
Çoxluq bu ayda toy etməyi doğru hesab etməsə də, etmək olar fikrində olanlarda var.
Bəs görəsən, Ramazan ayında toy etmək olarmı?
Bu barədə Gununsesi.info-ya ilahiyyatçı Elşad Miri danışıb.
O bildirib ki, Ramazam ayı İslam dünyasının ən müqəddəs ayıdır, ancaq Ramazan ayı matəm, yas ayı deyil, əksinə Quran ayıdır və Quran da ölülər yox dirilər üçündür”.
O, həmçinin deyib:
“Ramazanda toylar niyə olmasın ki? Toyların keçirilməsi üçün bu ayda heç bir qadağa qoyulmur. Vacib olan odur ki, haram əməllərdən çəkilsin insanlar. Hansı ay olmasının heç bir fərqi yoxdur”.
Orxan












