May ayında 195 min nəfərə pensiya və müavinət ödənilib

2021-ci ilin may ayında ailə başçısını itirməyə görə 195 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, onlardan 141 min nəfərdən çoxu pensiya, 53 min nəfərdən çoxu isə müavinət alıb.

Gununsesi.info