Bu günə olan yoluxma sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 51 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 335676 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 329870 nəfər müalicə olunaraq sağalıb, 4965 nəfər vəfat edib, aktiv xəstə sayı 841 nəfərdir.

Ölkədə son sutka ərzində 7879, hazırkı dövrədək isə 3706051 test aparılıb.

Gununsesi.info