Şəkildə fotoşopu müəyyən edən xidmət istifadəyə verildi

Şəkildə fotoşopu müəyyən edən xidmət istifadəyə verildi

“Alphabet Inс.” şirkətinin nəzdində olan “Jigsaw” şirkəti “Assembler” adlı pulsuz xidməti istifadəyə verib.

Gununsesi.org “The New York Times”a istinadən  xəbər verir ki, bu xidmət vasitəsilə saxta şəkilləri və fotoşəkillərdə fotoşop izini müəyyən etmək mümkündür.

Layihənin müəllifləri bu xidmətin məqsədinin saxta məlumatlara qarşı mübarizə olduğunu bildirib.

Qeyd etmək lazımdır ki, xidmət yeddi “detektordan” ibarətdir.

Gununsesi.org 

COMMENTS