
Pişiklə rəhimsiz davranan şəxslə bağlı sosial şəbəkələrdə yayılan görüntülər polis tərəfindən araşdırılıb.
DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a bildirib ki, görüntülərdə əks olunan şəxs Səbail RPİ 9-cu polis bölməsinin əməkdaşları tərəfindən müəyyən olunaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 274-cü (Heyvanlarla rəhmsiz rəftar edilməsi) maddəsinə görə heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir.
10:43
Ötən gün sosial şəbəkələrdə pişiyə işgəncə verən şəxsin görüntüləri yayılıb. Şəxs pişiyi maşının arasında sıxaraq, təpikləyib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi Oxu.Az-ın sorğusuna cavab verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlum videodan xəbərdar olduqlarını deyib:
“Sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıyıq. Araşdırma aparılır”.