
16 yaşlı qız evində ölü tapılıb.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonun Sabirabad kəndində baş verib.
Kənd sakini, 2006-cı il təvəllüdlü İlkanə Fətullayevanı, yaxınları halsız vəziyyətdə aşkar ediblər. Onu dərhal rayon xəstəxanasına çatdırıblar. Xəstəxanada onun artıq öldüyü məlum olub.
Hazırda hüquq – mühafizə orqanları 16 yaşlı qızın nədən vəfat etdiyi araşdırır.
Gununsesi.info