17 yaşlı oğlan çayxanada qəfil öldü - FOTO

Mingəçevirdə 17 yaşlı oğlan qəfil vəfat edib.

Gununsesi.info xəbər verir ki, şəhər sakini, 2005-ci il təvəllüdlü Cavid Məmmədov şəhər ərazisindəki çayxanada olarkən halı qəfil pisləşib. O, xəstəxanaya çatdırılsa da, öldüyü məlum olub.

İlkin məlumata görə, Cavid beyninə qansızması səbəbindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info