Ali Məhkəmə Plenumundan daha bir sensasion qərar - “TƏRTƏR İŞİ”NDƏ HƏBS OLUNANLARDAN 19 NƏFƏRİN İŞİ APELLYASİYAYA QAYTARILDI

  • By admin
  • 01 Oktyabr 2022 08:09

Xəbər verdiyimiz kimi, dünən Ali Məhkəmə Plenumunda ictimai rezonansa səbəb olan bir sıra qərarlar verilib.

Gununsüsi.info bildirir ki, bunlardan biri “Tərtər İşi” çərçivəsində həbs olunanlar barədədir.

Plenum vaxtilə saxta məhkəmə qərarı ilə mühakimə olunan 19 nəfərin cinayət işini yenidən baxılmaq üçün Apellyasiya Məhkəməsinə göndərilməsi qərarını verib.
Halbuki, Ali Məhkəmə saxta istintaq və işgəncələr altında “etiraf” ifadələri yazan hərbçilərə verilən amansız cəzaları qüvvədə saxlamışdı.

Sonradan Azərbaycan ictimaiyyətinin bu məsələnin üzərinə getməsi “Tərtər işi”nin sensasion detallarının açılması ilə nəticələndi.

Günay  Təhməzova

Gununsesi.info