Goranboyda məktəbli müəmmalı şəkildə öldü

Goranboy rayonunda 12 yaşlı uşaq yaşadığı evdə ölüb

Gununsesi.info Qafqazinfo-ya istinadla xəbər verir ki, Aşağı Ağcakənd kəndində 2010-cu il təvəllüdlü Mustafayev Taleh Mustafa oğlu vəfat edib.

Orta məktəbin 6-cı sinif şagirdi olan 12 yaşlı Talehin hansı səbəbdən vəfat etməsi məlum deyil.

Faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info