
Azərbaycanda son sutkada 87286 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 50103 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 37183 nəfərdir.
Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 4885572 COVID-19 əleyhinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2827855 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2057717 nəfərdir.
Gununsesi.info