
Türkiyənin qərb və cənub bölgələrindəki 12 əyalətdə meşə yanğınlarına qarşı tədbirlər çərçivəsində meşəlik ərazilərə, bəzi bölgələrdə isə həm də milli parklara girişə məhdudiyyət tətbiq olunub.
Gununsesi.info yerli KİV-ə istinadla xəbər verir ki, bunlar Qırxlareli, İstanbul, Çanaqqala, Bursa, Balıkesir, İzmir, Aydın, Dənizli, Niğde, Uşaq, Hatay, Qaziantep əyalətləridir.
Yayımlanan sənədlərə əsasən, bəzi əyalətlərdə qadağa 1 ay müddətinə, bəzilərində isə növbəti xəbərdarlığa qədər qadağandır.
Türkiyə kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdəmirli ölkədə meşə yanğınlarına qarşı tədbirlərin davam etdiyini açıqlayıb. İndiyədək yanğın fəlakəti nəticəsində 4 nəfərin öldüyü, 183 nəfərin isə xəsarət aldığı bildirilir.
Gununsesi.info