
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Dunyaninsesi.az saytının redaktoru Ərşad İbrahimovun yoxa çıxması və həbs təhlükəsi barədə mediada yayılan xəbərlərə aydınlıq gətirib.
Gununsesi.info-nun xəbərinə görə, Turana açıqlamasında DİN sözçüsü bildirib ki, Ərşad Ibrahimov vətəndaşın müraciəti əsasında polis orqanına dəvət edilib və izahatı alındıqdan sonra sərbəst buraxılılıb.
Gununsesi.info-ya açıqlamasında isə Ərşad İbrahimovun özü bildirib ki, redaktoru olduğu saytda dərc olunan bir xəbərin araşdırılması üçün onu polis orqanına dəvət ediblər:”Hər hansı qanunsuz münasibət olmadı. Yazılarımızla bağlı söhbət olundu və sərbəst buraxıldım”.
Gununsesi.info