Eldar Həsənov DTX-ya qaytarıldı

DTX-nin hərbi hosbitalında əməliyyat edilən Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı sabiq səfiri, keçmiş baş prokuror Eldar Həsənov yenidən DTX-nin istintaq təcridxanasına qaytarılıb.
Bu barədə Gununsesi.info-ya sabiq baş prokurorun vəkilləri bildirib.
Qeyd edək ki, bağırsaq keçməməzliyindən əziyyət çəkən Eldar Həsənovun səhhəti ağırlaşdığından bir neçə gün əvvəl onun üzərində cərrahiyə əməliyyatı aparılıb.
Onu da bildirək ki, Eldar Həsənovun cinayət işi üzrə istintaq prosesi yekunlaşıb.
Hazırda vəkilləri ittiham aktı ilə tanış olur.

Gununsesi.info