
Gəncə şəhərinin Hacıkənd qəsəbəsində “Shacman” markalı yük avtomobili yol kənarındakı yaşayış evinə çırpılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Onlar sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Gununsesi.info