
Peruda avtomobil qəzası olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, olay zamanı 24 nəfər ölüb, 21 adam yaralanıb.
Faciəvi qəza bu ölkənin cənubunda yerləşən Xuansavelisa şəhəri yaxınlığında yaşanıb.
Qanlı olay sərnişin avtobusunun 200 metrlik uçuruma yuvarlanması ilə gerçəkləşib.
Baş verən hadisənin səbəbləri bilinmir. Yetkililər qəza ilə bağlı araşdırma başladıblar.
Olay şahidləri avtobusun sərt dolanbaclardan iti dönüş edərkən idarəetmədən çıxması ilə yaşandığını bildirirlər.
Avtobus şirkəti yaşanan qəza ilə bağlı məsuliyyəti üzərinə götürüb.
Tərcümə: Arzu