Livanda Fələstin mühacir düşərgəsində toqquşma oldu – Çoxlu sayda adam öldü

  • By arzu
  • 14 Sentyabr 2023 11:08

Livanda Fələstindən olan mühacirlərin düşərgəsində silahlı toqquşma baş verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Ayn əl Hilvə düşərgəsində yaşanan qarşıdurmalar zamanı 5 nəfər ölüb.

Şiddətli toqquşmalar zamanı 15 adam yaralanıb.

8 sentyabrda başlayan toqquşmalarda ölənlərin sayı 15-ə, yaralıların sayı isə 150-yə yüksəlib.

Atəşkəs edilməsinə baxmayaraq, toqquşmaların alovlanmasından sonra ölənlərin artacağından ehtiyat edilir.

Qruplar arasındakı silahlı toqquşmalar ilk dəfə bir nəfərin öldürməsi ilə başlayıb.

Düşərgədə “Əl Fətih” və “Usbet Ensar el İslamiyye” qrupları arasında iyul ayından bəri davam edən şiddətli toqquşmalar yaşanır.

 

Tərcümə: Arzu

Gununsesi.info