Kolumbiyada zəlzələ oldu

  • By arzu
  • 14 Sentyabr 2023 21:43

Kolumbiyada zəlzələ olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət bu ölkənin qərbində yaşanıb.

Zəlzələ 5,1 bal gücündə olsa da, insan tələfatı və maddi ziyana yol açmayıb.

Kolumbiyanın Geologiya Xidməti zəlzələnin episentrinin Choko vilayətindəki San Pablo şəhəri olduğunu açıqlayıb.

Yeraltı təkanlar 30 km. dərinlikdə yaşanıb.

Zəlzələ əyalətin bir neçə şəhərində hiss edilib.

Kolumbiyanın Geologiya Xidməti rəsmi açıqlama ilə zəlzələnin 5,5 bal gücündə olduğunu bildirib.

Xatırladaq ki, avqustun 17-də bu ölkədə 6,3 bal gücündə zəlzələ baş vermişdi və panika keçirən adam özünü göydələndən yerə ataraq ölmüşdü.

 

Tərcümə: Arzu

Gununsesi.info