
Perunun La Oroya şəhərində sərnişin avtobusu ilə yük qatarının toqquşması nəticəsində 4 nəfər ölüb, 30-dan çox insan yaralanıb.
Gununsesi.info xəbər verir ki, dünən Peruda dəhşət yaşanıb. Paytaxt Limadan yola düşən sərnişin avtobusu ilə yük qatarı La Oroya şəhərində toqquşub. Qəza nəticəsində 4 nəfər ölüb. 30-dan çox yaralıya ətrafdakı xəstəxanalarda tibbi yardım göstərilib. Nəqliyyat və Rabitə Nazirliyindən verilən açıqlamada bildirilib ki, hər iki nəqliyyat vasitəsinin gediş-gəliş üçün bütün lazımi icazə sənədləri olub və qəzanın səbəbləri araşdırılır.
Polis qəzanın baş verdiyi ərazidə sürət həddi və qatar keçidi nişanlarının olduğunu bildirib.