Gürcüstan parlamenti vetonun ləğv edilməsi üzrə prosedura başlayır

Gürcüstan parlamenti ölkə Prezidenti Salome Zurabişvilinin “Xarici agentlər haqqında” Qanuna qoyduğu vetosunun ləğvi proseduruna başlayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətindən məlumat verilib.

Vetoya əvvəlcə Hüquq Məsələləri Komitəsi tərəfindən baxılacaq. Əgər ləğvetmə təsdiqlənərsə, deputatlar mayın 28-də səsvermə keçirəcəklər.