Bu barədə Türkiyə mediası məlumat yayıb.
“Türkiyəyə altı ay müddətində ciddi sanksiyalar tətbiq edirik. Bu qərarımızla Türkiyə bazarı sarsılıb. Əgər Azərbaycana dəstək verməyi dayandırsalar, qərarımızı təkrar gözdən keçirərik”, – deyə o bildirib.
Paşinyanın bu açıqlamaları sosial mediada gülüşlə qarşılanıb.
Qeyd edək ki, Ermənistan hökuməti Azərbaycan qarşısında ağır məğlubiyyətdən sonra Türkiyə məhsullarının ölkəyə idxal edilməsini altı ay müddətinə yasaqlayıb. İrəvan bunu təhlükəsizlik və Türkiyənin Qarabağda baş verənlərdə rolu ilə izah edib.