Azərbaycanda fermadan 21 heyvan oğurlandı

Samux rayonunda fermadan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinə Əlibayramlı kəndi ərazisindəki fermaların birindən 21 baş qoyunun oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini O.Məmmədov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Gununsesi.info