
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibə verib.
Gununsesi.info-nun xəbərinə görə, Paşinyan müsahibəsində Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutyunyanın istefasındanda danışıb.
Baş nazir Arutyunyanın bu qərarından təəssüfləndiyini bildirib.
“Vəziyyət elədir ki, Dağlıq Qarabağın yeni seçilmiş lideri Samvel Şahramanayanı təbrik etməyə çox şey yoxdur. Onun üzərinə çox ağır məsuliyyət düşür” – deyə, Paşinyan əlavə edib.
Xatırladaq ki, Qarabağ separatçılarının lideri Araik Arutyunyan (Araik Harutyunyan) avqustun 31-də “prezident” vəzifəsindən istefa verib.
Bu barədə o, Facebook səhifəsində yazmışdı. Onun sözlərinə görə, istefa qərarını son həftələrdə daxili və xarici oyunçular, geniş ictimaiyyətlə qarşılıqlı əlaqələr əsasında bir neçə gün əvvəl qəbul edib.
Tərcümə:
Afət Abbasova