NATO Baltik dənizində təlimlərə başlayır

NATO ölkələrinin hərbi-dəniz bölmələri Estoniya və Latviya sahillərində genişmiqyaslı təlimlərə başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Almaniya Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Yan Kristian deyib

“Şimal Sahili” adlanan təlim iki həftə davam edəcək. Təlimdə baltik dənizi regionunda yerləşən bütün NATO ölkələrindən 30-a yaxın gəmi və 3000-dən çox hərbçinin iştirak edəcək.

Bundan əlavə, təlimdə NATO üzvü olmayan ABŞ, Kanada, Hollandiya, Belçika, Fransa və İsveçdən hərbi dəniz birləşmələri də iştirak edəcək.

Manevrlər zamanı desant əməliyyatları və dənizdən quruya zərbələr endirilməsi də planlaşdırılır.

Amerika Birləşmiş Ştatları təxminən 800 dəniz piyadasını eniş etmək üçün daşımaq və endirmək üçün nəzərdə tutulmuş 200 metrlik Mesa Verdeni təlimə göndərir.

Təlim Almaniyanın Rostokdakı yeni hərbi-dəniz qərargahının rəhbərlik etdiyi ilk genişmiqyaslı tədbirdir.

Bildirilir ki, münaqişə vəziyyətində alyansın Baltik dənizindəki əməliyyatlarını idarə etmək üçün regional hərbi-dəniz qərargahı kimi NATO-ya təklif ediləcəyi gözlənilir.

Vitse-admiral Kaakın sözlərinə görə, Berlin bu məsələ ilə bağlı NATO-dan müsbət cavab gözləyir.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info