
“Rusiya prezidenti Vladimir Putin Braziliyada Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi əsasında həbs edilməyəcək”.
Gununsesi.info xəbər verir ki, bu sözləri prezident Luiz İnasio Lula da Silva Firstpost-a müsahibəsində bildirib.
O hesab edir ki, Putin “sülh atmosferini” hiss etmək üçün 2024-cü ildə Rio-de-Janeyroda keçiriləcək G20 sammitində digər BRICS üzvləri ilə birlikdə iştirak etməlidir.
“Biz qonaqlarımızı isti qarşılamağı xoşlayırıq. İnanıram ki, Putin Braziliyaya təhlükəsiz gedə bilər. Nə qədər ki, mən prezidentəm, o, həbs olunmayacaq. Braziliyada heç kim hakimiyyətin icazəsi olmadan həbs olunmayacaq”.
O, həmçinin G20 ölkələrinin Ukraynadakı müharibəni müzakirə etməkdən çəkindirib. Çünki sammit əvvəlcədən iqtisadi problemlərin həlli üçün çağırılıb.
Prezident 2024-cü ilə planlaşdırılan növbəti BRİKS sammiti çərçivəsində Rusiyaya səfər etmək niyyətini də açıqlayıb.
Tərcümə
Şəbnəm
Gununsesi.info