
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın azərbaycanlı hərbçi Ruslan Pənahovu Bakıya təhvil verməsinin səbəbini açıqlayıb.
Gununsesi.info-nun erməni mətbuatına istinadən xəbərinə görə, Paşinyan çərşənbə axşamı keçirdiyi mətbuat konfransında qeyd edib ki, Ermənistan və Azərbaycan arasında azmış və qarşı tərəfə düşmüş hərbi qulluqçuların geri qaytarılması ilə bağlı çoxdan yüksək səviyyəli razılaşma var.
“Əliyevlə son müzakirələr zamanı razılıq əldə olunub ki, belə hadisələr baş verərsə, hərbçilər qarşı tərəfə qaytarılmalıdır”, – Paşinyan bildirib.
Onun sözlərinə görə, hərbi qulluqçular sərhədi qəsdən pozduqda və ya cinayət məcəlləsi ilə cəzalandırılan hərəkətlər etdikdə geri qayıtmaqda çətinliklər yaranır.
“Biz indi uzun fasilədən sonra sazişi tətbiq etməklə bir addım atmışıq”, – Paşinyan bildirib.
Gununsesi.info