Parlamentin komitə iclasları bölgələrdə keçirilsin -TƏKLİF

Milli Məclisin komitə iclaslarının bölgələrdə keçirilməsi təklif olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Jalə Əliyeva çıxış edib.

HTML tutorial

“Təklif edirəm ki, bizim bu il komitə iclaslarımızın bəziləri bölgələrdə keçirilsin. Bilirsiniz ki, bu il cənab Prezidentin sərəncamı ilə “Heydər Əliyev İli” olacaq. Biz bu yolla Ulu Öndərin xalq və dövlət arasında güclü əlaqələrini göstərə bilərik”, – deyə deputat təklif irəli sürüb.

Gununsesi.info