“Turizm haqqında” qanunun müzakirəsi təklif olundu

Milli Məclisdə “Turizm haqqında” qanunun müzakirə olunması təklif edilib.

Gununsesi.info xəbər verir ki, bu təkliflə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.

HTML tutorial

“Mən təklif edirəm ki, turizim sahədə aktiv şəkildə fəaliyyət göstərən, fərqlənən şəxsləri dəvət edək agentliklə birlikdə müzakirə aparaq. Qanuna dəyişikliklər, tövsiyələr haqqında danışaq. Hesab edirəm ki, bu qanunun təkmilləşdirilməsinə yardımçı ola bilər”,- deyə komitə sədri bildirib.

Gununsesi.info