
Sumqayıtda xəstəxanada vəfat edən 3 aylıq körpənin atası hüquq-mühafizə orqanlarına müraciət edib.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Xaçmaz rayon sakini, 1992-ci il təvəllüdlü R.Mirzəyev aprelin 4-də etdiyi müraciətdə 3 aylıq övladının Sumqayıtdakı “Nesta Med” klinikasının həkiminin səhvi ucbatından öldüyünü iddia edib.
R.Mirzəyevin müraciəti ilə bağlı araşdırmalara başlanılıb.
Gununsesi.info