Ovçuluq fəaliyyəti təkmilləşdirilir

Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyası ilə Bioloji Müxtəlifliyin Qorunması Xidməti arasında ekoturizm, ov turizmi, ovçuluq fəaliyyətlərinin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Gununsesi.info xəbər verir ki, memorandumun məqsədi ovçuluq ərazilərində monitorinqlərin aparılması, ov sahələrinin real imkanlarının qiymətləndirilməsi, ovçularla işin təşkili və ictimai əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, yerli və əcnəbi vətəndaşlar üçün ov təşkil edən şirkətlərin potensialının birgə dəyərləndirilməsidir.

Assosiasiyanın sədri Ramin Zamanov qeyd edib ki, memorandum sərbəst və yarım sərbəst şəraitdə ov obyekti olan heyvan növlərinin artırılması işinin aparılmasını, ov fəaliyyətinin rentabelliyinin artırılması ilə bağlı effektiv plan və proqramların hazırlanmasını, ovçuların fərdi məsuliyyətinin qiymətləndirilməsini, maarifləndirmə və davamlı informasiya təminatını, ictimai nəzarət mexanizminin yaradılmasını və bu sahədə sınaqdan keçmiş beynəlxalq layihələrin icrasının həyata keçirilməsini nəzərdə tutur.

Gununsesi.info