
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) yeni kadr təyinatı olub.
Gununsesi.info-nun xəbərinə görə, qurumun əməkdaşı, Əməkdar jurnalist Yunis Orucov AzTV-nin İnformasiya Proqramları Studiyasının direktoru təyin edilib.
O, bu təyinatadək həmin studiyanın direktor müavini vəzifəsində işləyib.
Qeyd edək ki, Y.Orucov Qərbi Azərbaycanda-qədim Uluxanlı mahalının Zəngibasar rayonunda dünyaya gəlib. Jurnalist fəaliyyətinə “Yeni Azərbaycan” qəzetində başlayıb, baş redaktorun müavini olub. 2006-cı ildən əmək fəaliyyətini AzTV-də davam etdirir. 2007-ci ildən etibarən Azərbaycan Prezidentini yerli və xarici səfərlərdə jurnalist kimi müşayiət edib.
Y.Orucov müxtəlif mövzularda bir sıra sənədli filmlərin ssenari müəllifidir. Ötən il “Nargin – saralmış kədər” tarixi romanı işıq üzü görüb.
Gununsesi.info