
“Pandemiyanin nəzarət altına alınmasının tək yolu vaksinasiyadır”.
Gununsesi.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, kardioloq İlqar Tahiroğlu “Ürək-damar xəstəlikləri və COVID-19” mövzusunda çıxışında deyib. O bildirib ki, ürək-damar xəstəlikləri olan bütün şəxslər də vaksin vurdurmalıdır:
“Vaksin olunmayan xəstələrdə xəstəlik ağır keçir. Xüsusi bir vəziyyət yoxdursa, mütləq vaksin vurulmalıdır”.
Gununsesi.info