Ordumuzun erməni kəndlərini toplardan atəşə tutması yalandır

Ordumuzun erməni kəndlərini toplardan atəşə tutması yalandır

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bölmələrimizin təxribat törətmək cəhdi və Ermənistanın Aygepar və Movses kəndlərinin guya bölmələrimiz tərəfindən D-30 toplarından atəşə tutulması barədə erməni tərəfinin yaydığı məlumatları təkzib edib.

Gununsesi.org xəbər verir ki, V.Dərgahlı jurnalistlərə açıqlamasında deyib ki, bu cür məlumatlar erməni tərəfinin uydurması və dezinformasiyadır.

“Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur. Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondur Quşçu və Vahidli kəndlərini atəşə tutublar, mərmilər yaşayış binalarına düşüb”, – nazirlik rəsmisi vurğulayıb.

Gununsesi.org

COMMENTS