Onlarla insanın öldüyü qanlı hücumun görüntüləri yayıldı- ANBAAN VİDEO

Onlarla insanın öldüyü qanlı hücumun görüntüləri yayıldı

Sosial şəbəkədə Liviyanın paytaxtı Tripolidə hərbi kollecdəki kursantlara hava hücumu anının videosu yayılıb. Hücum nəticəsində ən azı 20 nəfər ölüb.

Gununsesi.org xəbər verir ki, zərbə Liviya Milli Ordusu Hərbi Hava Qüvvələri tərəfindən sahə marşalı Xəlifə Haftarın əmrinə əsasən vurulub. Yanvarın əvvəlində o, “xarici qüvvələrə qarşı mübarizə” üçün ümumi səfərbərlik elan edib. Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin işlərinə qarışmaqda məsuliyyət daşıyır.

Qeyd edək ki, 2011-ci ildə Liviyada vətəndaş müharibəsi başlayıb.

Gununsesi.org

COMMENTS