Şou zamanı insanların gözü qarşısında hündürlükdən yıxıldı –VİDEO

Şou zamanı insanların gözü qarşısında hündürlükdən yıxıldı –

Yeni il şousu zamanı gimnast hündürlükdən başı aşağı düşüb. Hadisə Rusiyanın Vladivostok şəhərində baş verib.

Bu barədə yerli VL.ru portalı məlumat yayıb.

Gununsesi.org bildirir ki, sosial şəbəkələrdə hadisənin görüntüləri yayımlanıb.

İlkin versiyaya görə, 30 yaşlı qız akrobatik fənd zamanı səhvə yol verib. O, təcili yardımla reanimasiya şöbəsinə aparılıb. Gimnastın vəziyyəti barədə heç nə məlum deyil.

Sirk rəhbərliyi hadisəni təsdiqləyib, lakin rəsmi açıqlama verməkdən imtina edib. (ölkə.az)

 

 

Gununsesi.org

COMMENTS