Son dəqiqə: Bakı Ağır Cinayətlər Məhkəməsində qatilə hücum - İTTİHAM OLUNAN ŞƏXSİ HAKİMİN OTAĞINDA GİZLƏTDİLƏR

  • By admin
  • 11 Aprel 2023 16:23

Bakı Ağır Cinayətlər Məhkəməsində gənc idmançı Turan Rüstəmovu qətlə yetirməkdə günahlandırılan  Sumqayıt şəhər sakini Ruslan Səfixanovun cinayət işi üzrə məhkəmə prosesi baş  tutmayıb.

Gununsesi.info-nun xəbərinə görə, məhkəmə zalına gələn zərərçəkənin yaxınları qəfəsdəki təqsirləndirilən şəxsə hücum etmək istəyib.

HTML tutorial

Bundan əlavə məhkəmə binasının qarşısına toplaşan yüzlərlə şəxs zala daxil olmaq istəyib.

Müxtəlif  şüarlar səsləndirən insanlar məhkəmədən ədalət tələb edib.

Ancaq insanların kütləvi etirazı səbəbindən proses baş tutmayıb.

Qətldə ittiham olunan Ruslan Səfixanov hakim otağı vasitəsilə məhkəmə binasından kənarlaşdırılıb.

Qeyd edək ki, 26 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən Gənclər və İdman Nazirliyinin nəzdində olan “Şağan olimpiya komleksi” MMC-nin inzibati binasının bir nömrəli zalında keçirilən yarış zamanı 2002-ci il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş Səfixanov Ruslan Elçin oğlu 2006-cı il təvəllüdlü Rüstəmov Turan Zəka oğlunu bıçaqla xəsarət yetirərək qəsdən həyatdan məhrum edib.

 

Afət Abbasova

Gununsesi.info