
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli maraqlı təkliflə çıxış edib.
Gununsesi.info-nun xəbərinə görə, deputat kasıblar üçün aptek açılmasını təklif edib:
“Kasıblar üçün apteklər açılmalıdır. Azərbaycanda 10 faiz varlı təbəqə, cəmi 15-20 faiz orta təbəqə var, qalanları isə kasıbdır. Normal ölkələrdə isə orta təbəqə 60 faiz olmalıdır. Kasıb təbəqə üçün apteklər açaq, gedib ucuz qiymətə oradan dərman alsınlar”.
Afət Abbasova
Gununsesi.info