“Deputat ola bilməsəm də prezidentin yanında həmişə yerim var”

Türkiyədə Ədalət və İnk

işaf Partiyasından (AKP) millət vəkili olmaq üçün 5-ci dəfə müraciət edən, lakin namizədliyi qəbul edilməyən müğənni İbrahim Tatlısəs məsələ ilə bağlı açıqlama verib.

HTML tutorial

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi bununla bağlı tviter hesabında paylaşım edib: “Mənim məsələm Türkiyədir! Mənim məsələm Urfadır! Mənim məsələm cənab Ərdoğandır!”

İ.Tatlısəs daha sonra Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə görüntüləndiyi fotosunu paylaşaraq yazıb: “Biz bu tablonun aşiqləriyik, başqa heç nə məni maraqlandırmır. Mən millət vəkili olmuşam, ya olmamışam, problem deyil. Hörmətli prezidentimin yanında həmişə yerim var, hamı bunu belə bilsin”.

 

Gununsesi.info