Norveç hökumətindən Fələstinlə bağlı TƏKLİF: Parlamentə təqdim edildi

İspaniyanın baş naziri Pedro Sançesin yeni yaradılmış azlıq sol koalisiya hökumətinin prioritetinin Fələstin dövlətinin tanınması üçün çalışmaq olacağını deməsindən sonra Avropadan cəsarətli bəyanatlar gəlməkdə davam edir.

Gununsesi.info xəbər verir ki, Norveç mətbuatında yayılan məlumatlara görə, hökumət müstəqil Fələstin dövlətini tanımağa “hazır olmaq” ilə bağlı parlamentə təklif təqdim edib.

Təklifdə qeyd edilib ki, hökumət “hər hansı yekun sülh sazişindən asılı olmayan, sülh prosesinə müsbət təsir göstərdiyi halda, müstəqil Fələstin dövlətinin qeyd-şərtsiz tanınması” çağırışı edib.

Digər tərəfdən, paralmentdəki partiyaların əksəriyyətinin qəbul etdiyi təklifdə Fələstin dövlətinin “dərhal tanınmayacağı” bildirilir.

Gununsesi.info