Bəşər Əsəd Suriyada ümumi amnistiya elan etdi

bəşər əsəd

Bəşər Əsəd Suriyada ümumi amnistiya elan edib.

Gununsesi.info bildirir ki, “Reuters”in xəbərinə görə, Suriya prezidenti Bəşər Əsəd bu barədə fərman imzalayıb.

Əsədin imzaladığı fərmanla ölüm hökmləri ömürlük həbslə əvəzlənəcək, ömürlük həbs cəzası alanların cəzası isə 20 ilə endiriləcək.

Ümumi amnistiya noyabrın 16-dan əvvəl törədilmiş cinayətləri əhatə edir.

Gununsesi.info