Türkiyə İsveçin NATO-ya üzv olması ilə bağlı danışıqları təxirə saldı

İsveçin NATO-ya üzv olması ilə bağlı protokol danışıqları təxirə salınıb.

Gununsesi.info xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyası İsveçin NATO-da iştirakını nəzərdə tutan protokol da daxil olmaqla 8 razılaşmanın müzakirəsi üçün toplanıb. İsveçin NATO-da iştirakı ilə bağlı protokol danışıqları zamanı AK Partiya İstanbul Millət vəkili Seda Gören Bölük və Qaziantep millət vəkili Əli Şahin komissiyanın təxirə salınması təklifi ilə çıxış ediblər. Verilmiş təklif qəbul edilib və komissiyanın iclası təxirə salınıb.

Qeyd edək ki, NATO-nun yeni üzvlərin qəbulu bir çox mərhələdən ibarət texniki və hüquqi proseslərdən sonra mümkündür. Bir ölkənin NATO-ya üzv olması üçün ilk növbədə 31 müttəfiq ölkənin hamısı üzvlüyünü təsdiq etməlidir.

Finlandiya NATO-ya 31-ci üzv kimi daxil olub.

Gununsesi.info