Prezident iraqlı həmkarına məktub göndərdi

  • By resul
  • 03 Oktyabr 2023 11:18

Prezident İlham Əliyev İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdüllətif Camal Rəşidə məktub ünvanlayıb.

Gununsesi.info xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

İraq Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan-İraq münasibətləri birgə səylərimizlə bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost İraq xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.