Xalqa Xidmət Hərəkatı böyüməkdədir – Başqan Arzu Sayadoğlundan açıqlama

  • By arzu
  • 09 Aprel 2023 11:43

Azərbaycanda 2022-ci ilin dekabrında yaradılmağa başlayan və 2023-cü ilin yanvarında elan edilən Xalqa Xidmət Hərəkatı ölkə boyunca şəhərlərdə və rayonlarda təşkilatlanmağa davam edir.

Sosial demokrat, mühafizəkar və millətçiliyi təməl alan hərəkat ölkədə baş verən gündəm olaylarına adekvat və operativ cavab verən qurum yeni yaranmasına baxmayaraq ölkənin 40-a yaxın rayon və şəhərlərində təşkilatın özək qurumlarını yaratmağı bacarıb.

HTML tutorial

Son dönəmlərdə qurumda gedən işlərlə bağlı açıqlama verən XXH Başqanı Arzu Sayadoğlu bunları deyib:

“2022-ci ildə dostlarımızla hərəkatın ayradılmasına qərar verdik. Mənim təklifimlə ad Xalqa Xidmət Hərəkatı oldu. Biz ölkədə qaranlıqları aydınlatmaq üçün gəlmiş İŞIQ-çılarıq. Artıq Xaçmazda, Qazaxda, Ağstafada yeni qurumları yaradırıq. Məqsədimiz xalqımıza xidmət etməkdir. Yalnız son həftə yarım boyunca 100 mindən artıq izlənmələr almışıq. Hərəkatı olaraq daha geniş kütlələrə yayıldıqca, qoşulmaq üçün müraciət edənlər də olur. Sosial mediadan gələn dəstəklər, izlənmələr gələcəyə olan ümidimizi daha da artırır. Əminəm ki, bu güclənmə ilə yaxında ölkədə söz sahibi olacaq siyasi qurumlardan biri olacağıq. İdarə Heyətimiz və Məclisimiz artıq qurulub. Rayonlar və şəhərlər üzrə Təşkilat Komitələrimizi yaratmışıq. Bütün ölkə boyunca səpələnən və siyasi axıma çevrilən bir hərəkat olmaq istəyirik. İnşAllah, bunu bacaracağımıza tam əminəm”.

Yeri gəlmişkən, Başqan Sayadoğlu təşkilat olaraq son zamanlarda bir sıra siyasi partiya və hərəkat başçıları ilə görüşdüklərini, yaxın gələcəkdə bu görüşlərin və dialoqların artırılmasının xalqımız üçün daha böyük ümidlər gətirəcəyini vurğulayıb.

XXH Baqanı söyləyib ki, bütün siyasi partiyaların uzlaşacağı ortaq yol xəritəsi ilə xalqın siyasətə olan ümidini daha da artırmaq olar.

Gununsesi.info