
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi ləğv olunub.
Gununsesi.info bildirir ki, bu barədə AzPolitika.info yazıb.
Məlumata görə, ləğv olunmuş nazirliyin əvəzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi yaradılıb.
İdarəyə rəis isə məşhur nehrəmli kimi tanınan Suraxanı rayon Polis İdarəsinin rəisi Süleyman Nemətov təyin olunub.
Qeyd edək ki, Süleyman Nemətov əslən Nehrəm kəndindəndir. O, kütləvi aksiyalarda fəallığına görə məşhurlaşıb.
Günay
Gununsesi.info